AQRO

24 Aprel

Polşaya daşınan Ukrayna taxılının həcmi artıb

Aprel ayında taxılla yüklənmiş vaqonların Ukrayna-Polşa sərhəd keçid məntəqələrindən keçmə sürəti artıb.

Fins.az xəbər verir ki, bu cür məlumatları aprelin 23-də “Ukrzaliznitsa” SC-nin kommersiya işləri departamentinin direktor müavini Valeri Tkaçev yayıb.

“Hazırda hər gün Polşaya taxıl daşıyan 80,6 vaqon gedir. Bu, mart ayı ilə müqayisədə sutkada 2,3 ədəd çoxdur”, - deyə mütəxəssis bildirib.

Günel Məlikzadə
Fins.az