AQRO

18 Aprel

Buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb - Qoşqar Təhməzli

Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb və yaxın günlərdə həmin zənginləşdirmə proseduru həyata keçiriləcək.

Fins.az-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, anlaşdığımız çörək istehsalı, un emalı müəssisələrində unun dəmirlə zənginləşdirilməsi prosesi həyata keçiriləcək:

"Beləliklə, ticarət şəbəkələrində satılan adi unla yanaşı, eyni zamanda, dəmirlə zənginləşdirilmiş una da rast gələ biləcəyik".

Fuad Mədətov
Fins.az