AQRO

17 Aprel

Ukraynanın taxıl ixracı azalıb

Dövlət Gömrük Xidmətinin məlumatına görə, aprelin 17-nə Ukrayna 2023/24 MY-nin əvvəlindən 38,608 milyon ton taxıl və paxlalı məhsul ixrac edib ki, bunun da 3,749 milyon tonu bu ay göndərilib.

Fins.az xəbər verir ki, bu baradə Ukrayna Aqrar Siyasət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, ötən ilin eyni tarixinə ümumi yükdaşımalar 39,707 milyon ton, o cümlədən apreldə 1,731 milyon ton təşkil edib.

Ümumilikdə cari mövsümün əvvəlindən aşağıdakılar ixrac edilib:

- buğda - 15,011 milyon ton (apreldə 1,169 milyon ton)

- arpa - 2,132 milyon ton (170 min ton);

- çovdar - 1 min ton (0);

- qarğıdalı - 21,167 milyon ton (2,404 milyon ton).

Aprelin 17-nə Ukrayna ununun ümumi ixracı da ötən illə müqayisədə (121,4 min ton) azdır və 82,7 min ton (apreldə 3,4 min ton), o cümlədən 78,3 min ton buğda unu (3,1 min ton) səviyyəsində qiymətləndirilir.

Günel Məlikzadə
Fins.az