AQRO

15 Aprel

Qazaxıstan buğda idxalına qoyulan qadağanı uzadıb

Qazaxıstan Kənd Təsərrüfatı Nazirinin 11 aprel 2024-cü il tarixli 125 nömrəli əmri ilə buğdanın Qazaxıstana, o cümlədən Aİİ üzv dövlətlərindən avtomobil, su və dəmir yolu ilə idxalı qadağan edilib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, quşçuluq və un dəyirmanlarına yalnız istehsal və istehlak üçün dəmir yolu ilə göndərişlər istisnadır.

Fins.az xəbər verir ki, müvəqqəti qadağa 12 aprel 2024-cü il tarixindən 6 ay müddətinə tətbiq ediləcək.

"Qadağa buğdanın dəmir yolu ilə Qazaxıstan ərazisindən tranzit daşınmasına, həmçinin un dəyirmanları və quşçuluq müəssisələri üçün buğdanın idxalına şamil edilmir", - Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Günel Məlikzadə
Fins.az