2023/24-cü ilin əvvəlindən Ukrayna 36,1 milyon ton taxıl və paxlalı məhsul ixrac edib ki, bunun da 1,2 milyon tonu aprel ayında göndərilib.
Fins.az-ın məlumatına görə, bu baradə Ukrayna Aqrar Siyasət Nazirliyinin mətbuat xidməti xəbər verir.
Qeyd olunur ki, ötən ilin eyni tarixinə ümumi daşınma 38,5 milyon ton, o cümlədən apreldə 476 min ton təşkil edib.
Ümumilikdə, cari mövsümün əvvəlindən ixrac edilən:
- buğda - 14,3 milyon ton (2022/23 MY-da - 13,2 milyon ton)
- arpa - 1,97 milyon ton (2,3 milyon ton);
- çovdar - 1 min ton (17,7 min ton);
- qarğıdalı - 19,5 milyon ton (22,7 milyon ton).
Mövsümün əvvəlindən aprelin 5-nə Ukrayna ununun ümumi ixracı 80,8 min ton (2022/23 MY-da 117,5 min ton), o cümlədən 76,4 min ton buğda unu (112,9 min ton) səviyyəsində qiymətləndirilir.
Günel Məlikzadə
Fins.az