AQRO

05 Aprel

Rusiya bu ölkənin əsas buğda tədarükçüsünə çevrilir

“Ria Novosti”nin Pakistan statistikasının təhlilinə görə, hazırda Rusiya Pakistana əsas buğda tədarükçüsüdür.

Fins.az xəbər verir ki, 2023-cü ildə Rusiya taxılının Pakistana tədarükü əvvəlki illə müqayisədə 5,5 dəfə artaraq 1,6 milyon tona qədər, ümumilikdə 568,3 milyon dollar təşkil edib. Bu ilin birinci rübündə tədarükün həcmi artıq ötən ilin göstəricisinin təxminən üçdə ikisini təşkil edərək 1 milyon tona, 296 milyon dollara çatıb.

Mart ayında 139 milyon dollara satışlar rekord həddə - 478 min milyon dollara çatıb və Pakistan idxalında payı 70,5 faizə çatıb, 2022-ci ildə isə bu, 24,6 faiz təşkil edib.

Qeyd olunur ki, Pakistan birinci rübdə Rusiyadan buğda idxalı üçün BƏƏ dirhəmi və ABŞ dolları ilə bərabər məbləğdə ödəniş edib. İlk dəfə olaraq 2023-cü ilin noyabrında tədarük olunan taxıl üçün Pakistan və Rusiya arasında hesablaşmalarda dirhəmlərdən istifadə edilib.

Günel Məlikzadə
Fins.az