AQRO

04 Aprel

Fermerlərə verilən güzəştli kreditlərin məbləği açıqlanıb

Bu ilin yanvar-fevral ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 2492 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib ki, bu da bir il öncəki göstəricini 5,1 dəfə üstələyir.

"Azərbaycan iqtisadiyyatı" Aqrar Tədqiqatlar Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk iki ayında aqrar sektorda fəaliyyət göstərən 449 fiziki və hüquqi şəxsə 10,5 milyon manat məbləğində texnika və avadanlıq təyinatlı güzəştli kredit verilib. 2023-cü ilin yanvar-fevral aylarına nisbətdə güzəştli kredit alanların sayı 2,7 dəfə (285 nəfər), kredit məbləği isə 2,9 dəfə (6,9 milyon manat) artıb .