AQRO

03 Aprel

Ukrayna arpasının qiyməti artıb

Ukrayna arpası hazırda qarğıdalı ilə eyni qiymətə satılır, bu da onu daha rəqabətqabiliyyətli edir və tələbatın artmasına kömək edir.

Fins.az xəbər verir ki, Ukrayna mart ayında 339 min ton arpa ixrac edib ki, bu da mövsümün rekord göstəricilərindən biridir. Bundan əlavə, aprel-may aylarında təxminən 200 min tona yaxın taxılın ixrac ediləcəyi gözlənilir.

"Taxılların yem qrupunda qiymətlər arpanın xeyrinə formalaşıb: qarğıdalı bir ton arpadan 10 dollar bahadır. Beləliklə, Ukrayna arpası rəqabətədavamlı olub. Aİ və Türkiyədən tələbat alıb. Əsas arpa ticarəti həyata keçirilir. Odessa limanlarında şərti qiymət bir ton üçün təqribən 145 dollar təşkil edir. Biz proqnozlaşdırırıq ki, bu həftə qiymət etiketləri ton üçün daha 1-2 dollar artacaq”, - deyə hesabatda bildirilir.

Günel Məlikzadə
Fins.az