AQRO

03 Aprel

Azərbaycanda çay istehsalı və ehtiyatı artıb

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda çay istehsalı 25,1 faiz artıb.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən apardığı hesablamalara görə, ötən ilin yanvar-fevral aylarında ölkədə 1572,1 ton çay istehsal edildiyi halda, cari ilin ilk iki ayında bu göstərici 1967,2 ton olub.

Azərbaycanın çay ehtiyatı da artaraq ötən ilki 74,6 ton (ötən il martin 1-ə olan məlumat) göstəricisindən 87,6 tona (bu il martın 1-ə olan məlumat) yüksəlib.