AQRO

02 Aprel

ABŞ-da payızlıq buğda bitkiləri yaxşı vəziyyətdədir

USDA məhsul turunun nəticələrinə görə, martın 31-nə ABŞ-da payızlıq buğda bitkilərinin yarıdan çoxu yaxşı və əla vəziyyətdədir - 56%, bu bazar operatorlarının gözləntilərindən aşağıdır (orta hesabla 48%). 2019-cu ildən göstərilən dövr üçün ən yüksək göstəricidir

Fins.az xəbər verir ki, keçən il, martın sonunda ABŞ-da uzun sürən quraqlığın mənfi təsiri nəticəsində məhsulun yalnız 28%-i yaxşı və ya əla vəziyyətdə idi. Xatırladaq ki, 2023-cü ilin noyabr ayının sonunda ABŞ-da payızlıq buğda bitkilərinin 50%-i yaxşı və ya əla vəziyyətdə idi.

ABŞ-da da yazlıq bitkilərin əkininə başlanılıb. O cümlədən, martın 31-nə planlaşdırılan sahənin 2 faizində qarğıdalı (son 5 ildə orta hesabla - 1 faiz), yazlıq buğda 1 (1) faiz səpilib.

Günel Məlikzadə
Fins.az