AQRO

29 Mart

Qubada kənd təsərrüfatına yararlı torpaqların 19 min hektarı meyvə bağlarıdır

Qubada kənd təsərrüfatına yararlı torpaqların 19 min hektarını meyvə bağları təşkil edir ki, onların da 16 min hektarı intensiv və superintensiv tipli bağlardır.

Fins.az xəbər verir ki, bunu Quba Rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudov bu gün BMT - nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Quba rayonunda keçirilən III Aqrobiznesin İnkişafı Forumunda deyib.

O bildirib ki, Qubada örüş və yaylaqlarla birlikdə 137 min hektara yaxın kənd təsərrüfatı üçün yararlı torpaqlar var: “Yeni metodla salınan bu bağlara fermerlər arasında maraq böyükdür. Heyvandarlıq və əkinçilik sahəsində yeni texnologiyaların tətbiqi ilə bağlı müəyyən işlər görülür”, - deyə icra başçısı vurğulayıb.

 

 

© “İki sahil”