AQRO

28 Mart

Rusiya Braziliyaya buğda ixrac edənlərin reytinqində ikinci yeri tutub

"Agroexport" federal mərkəzinin məlumatına görə, 2023-cü ildə Rusiya ABŞ və Paraqvayı qabaqlayaraq Braziliyaya buğda ixrac edən ölkələr arasında dördüncü yerdən ikinci yerə yüksəlib.

Fins.az xəbər verir ki, Rusiya şirkətləri keçən il Braziliyaya təxminən 900 min ton buğda ixrac ediblər, ITC Ticarət Xəritəsi əlavə edir.

Rusiyanın ümumi idxalda payı 21%-ə çatıb (Argentina 54%-lik payla Braziliyaya əsas buğda tədarükçüsü olaraq qalır).

Eyni zamanda, 2023-cü ilin oktyabrında Rusiya Braziliyaya buğda ixracında 246 min tonla Argentinanı qabaqlayıb.

Günel Məlikzadə
Fins.az