AQRO

27 Mart

Aİ buğda və arpa ixracını azaldıb

Avropa Komissiyasının hesablamalarına görə, martın 23-nə 2023/24 MR-nin əvvəlindən Avropa İttifaqı ölkələrindən yumşaq buğda ixracı 22,8 milyon tona çatıb ki, bu da ötən ilin göstəricisindən 2% azdır. Əvvəlki mövsümün müvafiq dövrünə (23,2 milyon ton) bərabər olub.

Fins.az xəbər verir ki, xarici bazarlara taxılın əsas tədarükçüləri Fransa (6,3 milyon ton), Rumıniya (5,2 milyon ton), Polşa (2,9 milyon ton), Almaniya (2,2 milyon ton) və Litvadır (2,2 milyon ton).

Həmçinin qeyd olunan dövrdə arpa ixracının tempi 12% azalaraq 4,2 milyon tona düşüb. 2023/24-cü illərdə Avropanın əsas taxıl ixracatçısı Fransadır (2,3 milyon ton).

Eyni zamanda, 2023/24 MR-nin əvvəlindən qarğıdalı ixracı 57% artaraq 3 milyon tondan çox olub ki, bunun da 2,2 milyon tonu Rumıniya tərəfindən daşınıb.

Günel Məlikzadə
Fins.az