2023-cü ildə Azərbaycanda 30 802 təsərrüfatda mövcud olan 597,3 min arı ailəsindən 4 550 ton bal, 172,7 ton mum, 14,9 ton vərəmum, 8,9 ton güləm və 281,1 kq arı südü əldə olunub.
Fins.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2022-ci illə müqayisədə arı ailələrinin sayı 9 %, bal istehsalı 38,9 %, mum istehsalı 0,8 %, vərəmum istehsalı 22 %, güləm istehsalı 62 %, arı südü istehsalı 25,9 %, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,5 % azalıb.
Arıçılıq məhsullarının istehsalındakı azalma havaların əlverişsiz keçməsi ilə əlaqədar olub.