AQRO

19 Mart

Çin qarğıdalı idxalını 15%-dən çox artırıb

Çin Baş Gömrük İdarəsinin (GACC) məlumatına görə, bu ilin yanvar-fevral aylarında ölkə. 6,19 milyon ton qarğıdalı idxal edib ki, bu da illik müqayisədə 16,1% çoxdur.

Fins.az xəbər verir ki, göstərilən taxılın alınmasına xərclənən məbləğ 1,765 milyard dollar təşkil edib.

Bundan əlavə, GACC məlumatlarına görə, bu ilin ilk iki ayında Çin 803,6 milyon dollar dəyərində 2,51 milyon ton buğda (ildə -16,9%) idxal edib.Soya idxalı 7,439 milyard dollar dəyərində 13,04 milyon ton (-8,8%) təşkil edib.

Həmçinin, bu dövrdə ölkəyə 1,21 milyon ton bitki yağı idxal edilib ki, bu da əvvəlki dövrlə müqayisədə 12,4% azdır. Pul ifadəsində idxal 28,7% azalaraq 1 milyard 195 milyon dollar olub.Xüsusən də yanvar və fevral aylarında palma yağı idxalı 390 min ton olub ki, bu da bir il əvvəlkindən 37,1% az, 339 milyon dollar təşkil edib.

Günel Məlikzadə
Fins.az