AQRO

15 Mart

Ukrayna 2,6 milyon ton taxıl ixrac edib

Dövlət Gömrük Xidmətinin məlumatına görə, martın 15-nə 2023/24 MY-nin əvvəlindən Ukrayna 32,265 milyon ton taxıl və paxlalı məhsul ixrac edib. Ukraynanın Aqrar Siyasət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bura martda göndərilən 2,595 milyon ton daxildir.

Fins.az xəbər verir ki, 2023-cü il martın 15-nə ümumi yükdaşımalar 34,734 milyon tona, o cümlədən martda 2,437 milyon tona çatıb.

Məhsul baxımından cari mövsümün əvvəlindən aşağıdakılar ixrac edilib:

- buğda – 12,864 milyon ton (2022/23 MY-da 11,989 milyon ton);

- arpa – 1,806 milyon ton (2,141 milyon ton);

- çovdar – 1 min ton (16,6 min ton);

- qarğıdalı – 17,309 milyon ton (20,29 milyon ton).

Martın 15-nə Ukrayna ununun ümumi ixracı 76 min ton (2022/23 MY-da 106,6 min ton), o cümlədən 72,2 min ton buğda unu (102,4 min ton) səviyyəsində qiymətləndirilir.

Günel Məlikzadə
Fins.az