AQRO

14 Mart

Təsərrüfatda mövcud olan 597,3 min arı ailəsindən 4 550 ton bal əldə olunub

2023-cü ildə 30802 təsərrüfatda mövcud olan 597,3 min arı ailəsindən 4 550 ton bal, 172,7 ton mum, 14,9 ton vərəmum, 8,9 ton güləm və 281,1 kq arı südü əldə olunub.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, balın 1 kiloqramının orta satış qiyməti 25,8 manat, mumun - 15,9 manat, vərəmumun - 97,2 manat, güləmin - 132,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6 manat olub.

Qeyd edilib ki, 2022-ci illə müqayisədə 2023-cü ildə arı ailələrinin sayı 9%, bal istehsalı 38,9%, mum istehsalı 0,8%, vərəmum istehsalı 22%, güləm istehsalı 62%, arı südü istehsalı 25,9%, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,5% azalıb. Arıçılıq məhsullarının istehsalındakı azalma havaların əlverişsiz keçməsi ilə əlaqədar olub.

Fuad Mədətov
Fins.az