AQRO

13 Mart

AP-dən Rusiya və Belarusdan gələn kənd məhsullarına təcili embarqo

Martın 12-də keçirilən debat zamanı Avropa Parlamentindəki əksər siyasi qrupların nümayəndələri Rusiya və Belarusdan gələn kənd təsərrüfatı məhsullarına sanksiyaların tətbiqinə dəstək veriblər.

Fins.az xəbər verir ki, müzakirələr zamanı Avropa Xalq Partiyasını təmsil edən Anjey Haliçki Rusiyanın kənd təsərrüfatı məhsullarına dərhal embarqo qoyulmasını müdafiə edib. Avropa Parlamentinin ən böyük qrupunun üzvü kimi Haliçki Avropa Komissiyasının qarşıdan gələn Aİ Şurasının iclasında təqdim olunacaq qanun layihəsinin gözləndiyini vurğuladı.

Günel Məlikzadə
Fins.az