AQRO

13 Mart

Ötən il Azərbaycanda 160 min hektara yaxın sahə quraqlıqdan və su azlığından məhv olub

Ötən il Azərbaycanda 160 min hektara yaxın sahə quraqlıqdan və su azlığından məhv olub.

“İki sahil” xəbər verir ki, bunu Bakıda Beynəlxalq Su Təsərrüfat Sərgi və Konfransı - "Baku Water Week" sərgisinə həsr olunmuş konfransda Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

Nazir bildirib ki, dünyada baş verən iqlim dəyişiklikləri Azərbaycandan yan keçmir.

“Ölkəmizdə təxminən 1, 5 milyon hektara yaxın suvarılan sahə var. Bunun 78% birillik, 9% çöxillik təxminən 14% böyük sahələrin suvarılmasıdır.

Ölkədə istehsal olunan kənd təsərüffatının 90%-i suvarılan sahələrdən əldə olunur. Məhsulun artırılması və sudan səmərəli istifadə üçün suyun sistemli şəkildə idarə olunmasına nail olmalıyıq”,- deyə o qeyd edib.