AQRO

13 Mart

Yevlax Pilot Aqroparkda rezidentlərin sayı artır

Yevlax Pilot Aqroparkda "Yard Agro" MMC və fərdi sahibkar Vüqar Novruzova rezident statusu verilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun sosial şəbəkə hesablarında etdiyi paylaşıma əsasən, rezidentlər tərəfindən 57,7 hektar sahədə investisiya həcmi 781 min manat olan intensiv meyvə bağları salınacaq, 16 nəfər daimi, 125 nəfər isə mövsümi işlə təmin ediləcək.