AQRO

12 Mart

Qazaxıstan taxılının ixracı azalıb

2024-cü ilin mart ayının əvvəlində Qazaxıstan taxıl yüklərinin ixrac üçün dəmir yolu ilə daşınması bütün istiqamətlər üzrə azalıb.

Fins.az bu barədə həftəlik Asia rəsmi statistikaya istinadən xəbər verir.

Belə ki, fevralın 28-dən martın 3-dək olan dövrdə Çinə daşınmalar ən çox azalıb – 19,4 min tona qədər, bu, 22-28 fevral 2024-cü il tarixli göstəricidən 59% azdır.

Ən böyük idxalçı Özbəkistana (-34%) cəmi 64,23 min ton Qazaxıstan taxıl yükü göndərilib.

Həmçinin, Qazaxıstan taxılının Əfqanıstana ixracı 34% (3,3 min tona qədər) azalıb.

İtaliyaya ixrac təxminən 20% azalaraq 10,6 min tona düşüb.

Fevralın 28-dən martın 3-dək dəmir yolu ilə Tacikistana 24,3 min ton Qazaxıstan taxıl yükü göndərilib. Bir həftə əvvəlki 27,3 min ton (-11%).

Digər ixrac istiqamətləri üzrə isə Qazaxıstan taxılının daşınması 60% azalıb.

Günel Məlikzadə
Fins.az