AQRO

11 Mart

Rusiyada kolza toxumunun ixracına qoyulan qadağa uzadılıb

Rusiya Federasiyası hökuməti ölkədən raps toxumunun ixracına qoyulan qadağanı 6 ay müddətinə uzadıb.

Fins.az xəbər verir ki, müvafiq qərarı baş nazir Mixail Mişustin imzalayıb.

“Rusiya Federasiyasından 2024-cü il martın 1-dən avqustun 31-dək raps toxumunun ixracına müvəqqəti qadağa qoyulsun”, - sənəddə deyilir.

Eyni zamanda, indi olduğu kimi, qadağa neftin Aİİ ölkələrinə ixracına, habelə beynəlxalq hökumətlərarası sazişlər çərçivəsində və humanitar yardım kimi tədarüklərə şamil edilməyəcək.

Xatırladaq ki, raps toxumunun idxalına qadağa 2022-ci il aprelin 1-dən tətbiq edilib və ilkin olaraq 31 avqust 2022-ci il tarixinədək qüvvədə olub. Daha sonra üç dəfə - 2022-ci ilin sentyabrında bu rejim 28 fevral 2023-cü il tarixinədək uzadılıb. 

Günel Məlikzadə
Fins.az