AQRO

11 Mart

Ukrayna 1,5 milyon ton taxıl ixrac edib

Dövlət Gömrük Xidmətinin məlumatına görə, martın 11-nə 2023/24 MY-nin əvvəlindən Ukrayna 31,212 milyon ton taxıl və paxlalı məhsul ixrac edib.

Fins.az Ukraynanın Aqrar Siyasət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, bura martda göndərilən 1,542 milyon ton daxildir.

Bununla yanaşı, qeyd edilir ki, 2023-cü il martın 13-nə ümumi yükdaşımalar 34,226 milyon tona, o cümlədən martda 1,929 milyon tona çatıb.

Məhsul baxımından cari mövsümün əvvəlindən aşağıdakılar ixrac edilib:

- buğda – 12,496 milyon ton (2022/23 MY-da 11,867 milyon ton);

- arpa – 1,761 milyon ton (2,129 milyon ton);

- çovdar – 1 min ton (16,6 min ton);

- qarğıdalı – 16,67 milyon ton (19,918 milyon ton).

Martın 11-nə Ukrayna ununun ümumi ixracı 75 min ton (2022/23 MY-da 105,1 min ton), o cümlədən buğda unu 71,2 min ton (101 min ton) səviyyəsində qiymətləndirilir.

Günel Məlikzadə
Fins.az