AQRO

06 Mart

Dünya bazarlarında buğda kotirovkaları azalıb

Euronext birjasında martın 5-də keçirilən hərracların nəticələrinə görə, ən aktiv may müqaviləsi üzrə buğda kotirovkaları əvvəlki hərracda 193,25 avro/tona qarşı 190,25 avro/t-a kimi azalıb.

Fins.az xəbər verir ki, qiymətin aşağı düşməsi, xüsusən də, Əlcəzairin taxıl tədarükü ilə bağlı son tenderdə yüksək rəqabətlə bağlı idi. Yada salaq ki, tenderdə buğdanın alış qiyməti bir ton üçün 227,75-228 dollar (CF) təşkil edib ki, bu da Fransa buğdası üçün rəqabətədavamlı səviyyədir.

CBOT birjasında martın 5-də hərracda buğda fyuçersləri martın 4-də keçirilən hərracda bir ton üçün 207,2 dollara qarşı 202,4 dollara düşüb.

Günel Məlikadə
Fins.az