AQRO

05 Mart

Ukraynada qarğıdalı və günəbaxan əkin sahələri azalacaq

Bu il Ukraynada bəzi əkin sahələrinin, xüsusilə qarğıdalı və günəbaxanın rentabelsizliyinə görə əkin sahələri azalacaq.

Fins.az xəbər verir ki, bu fikri Ümumkrayna Aqrar Şurasının sədr müavini Denis Marçuk deyib.

“Qarğıdalının alış qiymətləri şərti olaraq 4500 UAH/t səviyyəsindədir və bu taxılın bir tonunun maya dəyəri təxminən 6000 UAH təşkil edir. Növbəti mövsüm üçün kənd təsərrüfatı istehsalçılarının bir hissəsi qarğıdalı yetişdirməkdən imtina edəcək və ya onun sahəsini azaldacaq. Günəbaxan bitkiləri də azalacaq, lakin istehsalçılar daha çox ötən mövsüm rentabellik göstərən yağlı bitkilərə - soya və kolzaya mərc edəcəklər”, - ekspert qeyd edib. 

Günel Məlikzadə
Fins.az