AQRO

04 Mart

Qazaxıstanda günəbaxan yağı ucuzlaşır

2024-cü ilin fevralında Qazaxıstanın aylıq istehlak qiymətləri indeksi sürətlənib və 1,1% təşkil edib (2024-cü ilin yanvarında 0,8%-ə qarşı). Milli Statistika Bürosunun məlumatına görə, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 1,7 faiz, ərzaq məhsullarının qiymətləri 0,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri isə 0,7 faiz bahalaşıb.

Fins.az xəbər verir ki, ərzaq məhsullarından çörəyin 1,3 faiz, unun 1 faiz, makaron məmulatının qiymətləri 0,8 faiz bahalaşıb. Əksinə, qarabaşaq yarmasının qiyməti 2,4%, günəbaxan yağının qiyməti 2%, şəkər tozu 1,5% ucuzlaşıb.

2023-cü ilin fevral ayı ilə müqayisədə qarabaşaq yarmasının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 24,3%, günəbaxan yağının 21,2%, dənəvər şəkərin qiyməti 14,8% ucuzlaşıb.

Günel Məlikzadə
Fins.az