AQRO

01 Mart

Ukrayna 30 milyon tona yaxın taxıl ixrac edib

Dövlət Gömrük Xidmətinin məlumatına görə, 2023/24 MY-nin əvvəlindən martın 1-nə Ukrayna 29,681 milyon ton taxıl və paxlalı məhsul ixrac edib.

Fins.az Ukraynanın Aqrar Siyasət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, bura fevralda göndərilmiş 5,805 milyon ton daxildir.

Eyni zamanda, 2023-cü il martın 1-nə daşınmaların ümumi sayı 32,297 milyon ton, o cümlədən fevralda 5,218 milyon ton təşkil edib.

Məhsul baxımından cari mövsümün əvvəlindən aşağıdakılar ixrac edilib:

- buğda – 11,772 milyon ton (2022/23 MY-da 11,388 milyon ton);

- arpa – 1,623 milyon ton (2,05 milyon ton);

- çovdar – 1 min ton (16,1 min ton);

- qarğıdalı – 16,006 milyon ton (18,604 milyon ton).

Martın 1-nə Ukrayna ununun ümumi ixracı 74,1 min ton (2022/23 MY-da 98,9 min ton), o cümlədən 70,3 min ton buğda unu (94,9 min ton) səviyyəsində qiymətləndirilir.

Günel Məlikzadə
Fins.az