AQRO

27 Fevral

Qazaxıstan Çinə taxıl tədarükünü artırıb

2024-cü ilin fevral ayının ikinci yarısında Qazaxıstan taxıl yüklərinin Çinə dəmir yolu ilə daşınmasının həcmi bir neçə həftəlik azalmadan sonra kəskin şəkildə artıb.

Bu barədə Fins.az Asia cari rəsmi statistikaya istinadən xəbər verir.

Belə ki, fevralın 15-dən 21-dək Qazaxıstandan Çinə 13,84 min ton taxıl yükü daşınıb ki, bu da 2024-cü il fevralın 8-14-nə olan göstəricidən 7,6 dəfə çoxdur.

Həmçinin, Qazaxıstan taxılının Tacikistana daşınması 52% (24,2 min tona qədər) artıb.

Ən çox idxal edən Özbəkistana təxminən 80 min ton Qazaxıstan taxıl yükü göndərilib ki, bu da bir həftə əvvəl 67,2 min ton (+19%) olub.

Lakin İtaliya və Əfqanıstana daşınmalar müvafiq olaraq 7,37 min tona (-6,5%) və 6 min tona (-7%) qədər azalıb.

Digər ixrac istiqamətləri üzrə Qazaxıstan taxılının daşınması 28,5% artıb.

Günel Məlikzadə
Fins.az