AQRO

23 Fevral

Ukrayna 4 milyon tondan çox taxıl göndərib

Dövlət Gömrük Xidmətinin məlumatına görə, fevralın 23-nə 2023/24 MY-nin əvvəlindən Ukrayna 28,15 milyon ton taxıl və paxlalı məhsul ixrac edib. Cari ayın əvvəlindən 4,274 milyon ton daşınıb.

Fins.az xəbər verir ki, bu baradə Ukraynanın Aqrar Siyasət Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Fevralın 22-nə 30,79 milyon ton yük daşındığı mövsümi ixrac əvvəlki illə müqayisədə hələ də aşağıdır, lakin cari ayda ixracın sürəti ötən illə müqayisədə (3,819 milyon ton) yüksəkdir.

Məhsul baxımından cari mövsümün əvvəlindən aşağıdakılar ixrac edilib:

- buğda – 11,082 milyon ton (fevralda 1,865 milyon ton);

- arpa – 1,56 milyon ton (145 min ton);

- çovdar – 1 min ton (0);

- qarğıdalı – 15,236 milyon ton (2,252 milyon ton).

Fevralın 23-nə Ukrayna ununun ümumi ixracı 72,8 min ton (fevralda 6 min ton) səviyyəsində qiymətləndirilir ki, bu da əvvəlki illə müqayisədə (94,9 min ton) azdır. Göndərilən həcmin əsas hissəsini buğda unu təşkil edir – 69,1 min ton (5,7 min ton).

Günel Məlikzadə
Fins.az