AQRO

23 Fevral

Qazaxıstanın Çinə buğda ixracı təxminən 7 dəfə artıb

2023/24 MY-nin ilk 4 ayı ərzində Qazaxıstan Çinə buğda daşınmasını əvvəlki mövsümlə müqayisədə həm həcm, həm də pul dəyəri baxımından əhəmiyyətli dərəcədə artırıb.

Bu barədə Fins.az rəsmi statistikaya istinadən xəbər verir.

Belə ki, 2023-cü ilin sentyabr-dekabr aylarında Çinə 154 min ton Qazaxıstan buğdası göndərilib. Bu, 2022/23 MY-nin eyni dövrü ilə müqayisədə (22,6 min ton) təxminən 7 dəfə çoxdur.

Pul ifadəsində hesabat dövründə Qazaxıstandan Çinə buğda ixracı $36,9 mln (illik 8,6 mln. dollara qarşı) təşkil edib.

Qeyd edək ki, Qazaxıstandan Çinə ümumi buğda tədarükü yeni mövsümdə azalıb. Rəqəmlər 2023-cü ilin sentyabrında təxminən 62 min tondan həmin ilin dekabrına kimi 19,3 min tona endiyini göstərir. Bu tənəzzül, ilk növbədə, logistik problemlər və Çinə daşınmaları tənzimləyən KTZ tərəfindən yeni tətbiq edilən konvensiyalarla əlaqələndirilir.

Günel Məlikzadə
Fins.az