AQRO

23 Fevral

Kənd təsərrüfatı sahələrinin aktivləşdirilməsi üçün 520 milyon lirə ayrılıb

Kənd Təsərrüfatı Torpaqlarının İstifadəsinin Aktivləşdirilməsinin Dəstəklənməsi haqqında Türkiyə Prezidentin Qərarı “Resmi Gazete”də dərc olunub. Qərar yanvarın 1-dən qüvvəyə minib.

Fins.az Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyindən verilən açıqlamaya istinadən xəbər verir ki, qərar çərçivəsində 81 vilayətdə kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə üçün bitki istehsalının inkişaf etdirilməsi layihəsinin həyata keçiriləcək.

2021-ci ildən bəri 81 vilayətdə ilk növbədə becərilməyən və əkilən torpaqlarda və becərilən əkinçilik üçün uyğun olmayan ərazilərdə bitki istehsalını artırmaq məqsədi ilə TAKE Layihəsini həyata keçirdiklərini və bu çərçivədə toxum, şitil təmin etdiklərini vurğulayan və fidan istehsalçılarına maksimum yüzdə 75 qrant veriləcək, deyə Yumaklı bildirib.

Günel Məlikzadə
Fins.az