AQRO

22 Fevral

Rusiya buğdasının ixrac qiymətləri aşağı düşüb

Ötən həftə zülalı 12,5% olan Rusiya buğdasının qiyməti 218-224 USD/ton FOB-a düşüb ki, bu da 2020-ci ilin sentyabrından bəri ən aşağı səviyyədir.

Fins.az xəbər verir ki, bu, SovEkon şirkətinin həftəlik qiymət monitorinqində deyilir.

Qeyd edildiyi kimi, Rusiya taxılının ixrac qiymətləri qlobal bazardakı əlverişsiz şərait və qiymətlərə dövlət nəzarətinin zəifləməsi səbəbindən aşağı düşür.

Günel Məlikzadə
Fins.az