AQRO

22 Fevral

Pomidor ixracı artıb

Bu ilin yanvar ayı ərzində ölkədən 16,59 milyon ABŞ dolları dəyərində 11,8 min tondan çox pomidor ixrac edilib.

Fins.az  Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 57,4 faiz, həcmi isə 31,3 faiz artıb.

Qeyd edək ki, cari ilin ilk ayında pomidorun ümumi ixracda xüsusi çəkisi 0,9 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 7,48 faizə bərabər olub.