AQRO

22 Fevral

Ölkədə çay istehsalı artıb

Bu ilin yanvar ayı ərzində ölkədə 1023,3 ton çay istehsal olunub ki, bu da bir il öncəki müvafiq göstəricini 56,1 faiz və ya 574 ton üstələyir.

Fins.az Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2023-cü ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar istehsalının həcmində 1,9 faiz və ya 19,1 ton artım qeydə alınıb. Fevral ayının 1-nə hazır məhsul ehtiyatı 89,8 ton təşkil edib.