AQRO

22 Fevral

Türkiyənin sitrus meyvələri ixracatı 1 milyard dolları keçib

Türkiyə Ege İxracatçı Birlikləri (EİB) tərəfindən edilən açıqlamaya görə, sitrus meyvələri ixracatı keçən il bir əvvəlki ilə görə 23% artdı.

Fins.az xəbər verir ki, ixrac edilən sitrus məhsullarının miqdarı 2022-ci ildə 1 milyon 940 min ton olduğu halda, ötən il 1 milyon 950 min ton olub.

Uçak qida təhlükəsizliyi və keyfiyyətinə əsaslanan bir yanaşmaya sahib olduqlarını, C vitamini ilə zəngin məhsullarla dünyaya şəfa verdiklərini bildirib.

Türkiyənin 2023-cü ildə 3 milyard 491 milyon dollarlıq təzə meyvə-tərəvəz ixrac edəcəyini bildirən Akşam, bunları söylədi:

"Təzə meyvə-tərəvəz ixracatımızın 32 faizini sitrus məhsulları tuturdu. Naringi 577 milyon dollarla sitrus məhsulları arasında ixrac liderliyini davam etdirdi. Naringi təkcə sitrus məhsullarımız arasında deyil, təzə meyvələrimiz arasında da ixrac çempionu oldu.  Limonda ixracatımız 30% artaraq 355 milyon dollara çatdı. Portağalda 15% artaraq 112 milyon dollar oldu. Qreypfrutda keçən il ixracat 68 milyon dollar olaraq qeyd edildi".

Rusiya Federasiyasının 428 milyon dollarla sitrus meyvələri ixracatında birinciliyini qoruduğunu ifadə edərək, ikinci sırada iştirak edən İraqa ixracın 165% artaraq 181,5 milyon dollar, Ukraynanın isə 101 milyon dollarla üçüncü olduğunu bildirib.

Günel Məlikzadə
Fins.az