Suspilne Telegram kanalında xəbər verir ki, fevralın 20-də etiraz aksiyası keçirən polşalı fermerlər Ukrayna ilə sərhədə yaxın dəmiryol yolunu bağlayıblar və vaqonlardan birindən taxıl səpələyiblər.
Fins.az xəbər verir ki, "Polşalı etirazçılar Medyka-Şehyni keçid məntəqəsi yaxınlığında dəmir yolunu bağlayıblar. Bu barədə Suspilne-nin müxbiri hadisə yerindən məlumat verib. Onlar yük vaqonundan taxılı töküblər", - məlumatda deyilir.
Bundan əvvəl polşalı fermerlər fevralın 20-də Ukrayna ilə sərhəddəki bütün keçid məntəqələrini, həmçinin kommunikasiya qovşaqlarını və yükdaşıma dəmir yolu stansiyalarına və dəniz limanlarına girişləri bağlamaq niyyətində olduqlarını bəyan etmişdilər.
Günel Məlikzadə
Fins.az