Bələdiyyələr tərəfindən son 3 ildə 50 min hektara yaxın (cari ildə 9.300 ha) torpaq sahəsini əhatə edən 5.300-dən çox (2023-cü ildə 1.420) icarə müqaviləsi üzrə aparılmış uyğunlaşdırma hesabına icarə haqqının məbləği 2 dəfə - 1,9 milyon manat (cari ildə 400 min manata yaxın) artıb.
Fins.az xəbər verir ki, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2023-cü il üzrə illik məruzədə qeyd edilib.
Həmçinin, icarə haqları üzrə yaranmış debitor borcların yığılaraq yerli büdcəyə daxil edilməsi üzrə bələdiyyələrlə aparılan metodoloji iş nəticəsində il ərzində icarə haqları üzrə 2,6 milyon manat debitor borcun yığılması təmin edilib.
Bələdiyyələr tərəfindən debitor borcların yığılması istiqamətində müvafiq tədbirlər görülməsi, zərurət olduqda "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pul tələbinə dair inzibati akt qəbul edərək, məcburi icraya yönəldilməsi məsələlərinə xüsusilə diqqət yetirilib, 2023-cü ildə debitor borclarla bağlı 7.500-dən çox bələdiyyə aktı icra məmurları tərəfindən icra olunub və nəticədə yerli büdcəyə 1,4 milyon manat vəsait ödənilib.