AQRO

15 Fevral

Qazaxıstan taxılın Çinə daşınması problemini həll etməyin yolunu açıqlayıb

Çin Qazaxıstan taxılının satışı üçün perspektivli və geniş bazardır, lakin logistika problemləri səbəbindən məhsulun çatdırılma tempi çox arzuolunmazdır.

Fins.az xəbər verir ki, bu baradə Senatın plenar iclasında Qazaxıstan Respublikasının nəqliyyat naziri Marat Karabayev Çinə taxıl daşıyan avtomobillərin hərəkətinin sürətləndirilməsi üçün görülən işlərdən danışıb.

“Keçən il Çinə taxıl daşınması 1 milyon 300 min ton artıb. Yəni 2 milyon 100 min ton taxıl idxal edilib. Bunlardan 1 milyon 400 min ton taxıl konteynerlərdə daşınıb. Problemi həll etməyin iki yolu var. İlk olaraq Çin tərəfində xüsusi taxıl qəbulu terminalı tikilir. Lakin onun tikintisi uzun illərdir ki, davam edir və başa çatmayıb. Tikinti bu il başa çatdırılsa, bu, bizə avtomobillərimizi sürətlə köçürməyə imkan verəcək. Biz bu terminalın tikintisini sürətləndirmək üçün Çin tərəfi ilə danışıqlar aparırıq”, - deyə Kazinform M.Karabayevdən sitat gətirir.

Günel Məlikzadə
Fins.az