AQRO

12 Fevral

Azərbaycan alma ixracını artırıb

2023-cü il ərzində ölkədən 57,2 milyon ABŞ dolları dəyərində 91,2 min tondan çox alma ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında 2022-ci ilin göstəriciləri ilə müqayisədə dəyər olaraq 10,1 faiz və ya 5,2 milyon dollar, həcm olaraq isə 10,9 faiz və ya 8,9 min ton çoxdur.

Qeyd edək ki, 2023-cü ildə almanın ümumi ixracda xüsusi çəkisi 0,17 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,71 faizə bərabər olub.