AQRO

12 Fevral

Etiraz edən polşalı fermerlər Ukrayna yük maşınlarından taxılları yola töküblər

Polşa polisi fevralın 11-də Ukrayna ilə sərhədə yaxın Doroquskada etiraz edən fermerlərin üç ukraynalı yük maşını saxlaması və yola taxıl tökməsi hadisəsinin təfərrüatlarını araşdırır.

Fins.az xəbər verir ki, insident yerli vaxtla saat 11:30 radələrində 12 saylı dövlət magistralında, fermerlərin etiraz aksiyası keçirildiyi yerin yaxınlığında baş verib.

“Qeydiyyatdan sonra Ukrayna vətəndaşlarının idarə etdiyi üç yük maşını Polşaya daxil olub. Etirazçılar daşımanın davam etməsinə icazə verməyiblər və bir anda qoşquları açıb taxılın bir hissəsinin yola tökülməsinə səbəb olub. Sürücülər geri Ukraynaya tərəf döndülər”, - deyə Çelm bələdiyyə polisinin nümayəndəsi Ewa Czyz hadisənin təfərrüatlarını açıqlayıb və əlavə edib ki, heç bir döyüş və ya təhlükəli vəziyyət yoxdur. Onun sözlərinə görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin təfərrüatlarını araşdırır və hadisə yerində sübutlar götürürlər.

“Biz araşdırma aparırıq, orada iştirak edən şəxslərin şəxsi məlumatlarını müəyyənləşdiririk, şahidləri dindiririk. Materiallar hüquqi və cinayət araşdırması üçün prokurorluğa göndəriləcək”, - deyə polis nümayəndəsi qeyd edib.

Günel Məlikzadə
Fins.az