AQRO

01 Fevral

Ukrayna kənd təsərrüfatı məhsullarının ən böyük idxalçısı hansı ölkədir?

2023-cü ilin yekunlarına görə, Rumıniya keçən il 2,875 milyard dollar (və ya Ukraynadan daşınmaların ümumi həcminin 13%-i) məbləğində satın alaraq, ilk dəfə Ukrayna kənd təsərrüfatı məhsullarının ən böyük idxalçıları reytinqinə başçılıq edib.

Fins.az xəbər verir ki, bu faktı “Aqrar İqtisadiyyat İnstitutu” Milli Elmi Mərkəzinin direktor müavini Nikolay Puqaçov qeyd edib.

"Çin idxalçılar arasında ikinci yeri tutdu" deyən alim Çinin Ukraynadan kənd təsərrüfatı məhsullarının alınmasında nəzərəçarpacaq artım olduğunu vurğuladı. "Rəqəmləri müqayisə etsək, dəyərdə əhəmiyyətli artım müşahidə edirik. 2022-ci ildə Ukraynanın Çinə ixracının ümumi dəyəri 1,888 milyard dollar təşkil edib. Lakin 2023-cü ildə bu rəqəm təxminən 18% artaraq 2,22 milyard dollara çatıb", - alim davam edib. Qeyd edək ki, ötən il Ukraynanın ümumi kənd təsərrüfatı məhsulları ixracının 10%-i Çinin payına düşüb.

Ötən il Ukraynadan 1,994 milyard dəyərində kənd təsərrüfatı məhsulu idxal edən Türkiyə bu reytinqdə 9 faizlik payla üçüncü yeri qoruyub.

Günel Məlikzadə
Fins.az