AQRO

12 Yanvar

Ukraynanın taxıl ixracı 20 milyon tondan çox olub

Dövlət Gömrük Xidmətinin məlumatına görə, 2023/24 MY-nin əvvəlindən yanvarın 12-nə Ukrayna 20,239 milyon ton taxıl və paxlalı məhsul ixrac edib. Təkcə cari ay ərzində 1,773 milyon ton yük daşınıb.

Fins.az xəbər verir ki, bu baradə Ukraynanın Aqrar Siyasət Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Eyni zamanda, 2023-cü il yanvarın 13-nə ümumi yükdaşımalar 24,208 milyon tona, o cümlədən yanvarda 1,462 milyon tona çatıb.

Məhsul baxımından cari mövsümün əvvəlindən aşağıdakılar ixrac edilib:

- buğda – 8,069 milyon ton (2022/23 MY-da 8,802 milyon ton);

- arpa – 1,173 milyon ton (1,693 milyon ton);

- çovdar – 1 min ton (12,5 min ton);

- qarğıdalı – 10,85 milyon ton (13,626 milyon ton).

Yanvarın 12-nə Ukrayna ununun ümumi ixracı da ötən ildən aşağıdır və 61 min ton (2022/23-cü illərdə 72,9 min ton), o cümlədən buğda unu 58 min ton (69,3 min ton) səviyyəsində qiymətləndirilir.

Günel Məlikzadə
Fins.az