SafrasMercado-nun proqnozlarına görə, Braziliya dekabrda 7,57 milyon tona qədər qarğıdalı ixrac edə bilər ki, bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə (6,41 milyon ton) 18% yüksəkdir.
Fins.az xəbər verir ki, proqnozlaşdırılan həcmin 4,78 milyon tonu artıq göndərilib. Bundan əlavə, Braziliya limanlarının daşınma qrafikinin monitorinqinin nəticələrinə əsasən, yanvarın 24-dək 2,21 milyon ton qarğıdalı göndərilməsi planlaşdırılır.
Braziliya Sənaye, Ticarət və Xidmətlər Nazirliyinin (MDIC) hesablamalarına görə, dekabrın 24-nə cari mövsümün əvvəlindən Braziliya qarğıdalı ixracı 46,7 milyon tona çatıb (əvvəlki mövsümlə müqayisədə +17%).
Günel Məlikzadə
Fins.az