AQRO

04 Avqust

Ağdam rayonunda 241 hektar sahədə təkrar əkin aparılıb

Ağdam rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir, yüksək məhsuldarlıq əldə etmək üçün torpağa lazımi aqrotexniki qulluq göstərilir.

Fins.az xəbər verir ki, avqustun 1-dək 3108 hektar sahədə şum qaldıraraq, 241 hektarda təkrar əkin işləri aparılıb.

Təkrar əkinlərin 100,5 hektarı silos üçün qarğıdalı, 3 hektarı kələm, 5 hektarı xiyar, 11 hektarı pomidor, 77 hektarı sorqo (süpürgə), 44,5 hektarı darıdır.

Rayonda payızlıq dənlilərin səpilməsi üçün hazırlıq işləri də həyata keçirilir.