AQRO

06 İyun

Göygöl rayonunda yazlıq əkin işləri davam etdirilir

Göygöl rayonunda hava şəraitinin əlverişsiz keçməsinə baxmayaraq, 2023-cü il üçün indiyə qədər 950 hektar sahədə yazlıq əkin işləri uğurla aparılıb.

Fins.az xəbər verir ki, iyunun 1-dək 68,7 hektar yazlıq arpa, 322 hektar kartof, 437 hektar tərəvəz, 23 hektar dən üçün qarğıdalı, 21 hektar çox illik ot bitkiləri, 59,5 hektar dən üçün günəbaxan, 19 hektar şəkər çuğunduru əkini aparılıb.

Yazlıq əkin işləri davam etdirilir.