AQRO

02 İyun

May ayında qlobal ərzaq qiymətləri ucuzlaşıb

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) may ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi may ayında aylıq bazda 2,6% , illik bazda isə 22,1 % azalaraq orta hesabla 124,3 bənd olub.

Taxıl Qiyməti İndeksi aylıq bazda 4,8 faiz, illik bazda isə 25,3 faiz azalıb. Bitki Yağı Qiymətləri İndeksi may ayında aylıq bazda 8,7 faiz, illik bazda isə 48,2 faiz geriləyib. Süd Məhsullarının Qiymətləri İndeksi may ayında aylıq 3,2 faiz, illik 17,7 faiz azalıb. 

Zəminə Hüseyn
Fins.az