Türkiyənin qırmızı mərciməyinin çoxunun istehsal olunduğu Şanlıurfada mütəmadi olaraq yağan yaz yağışları fermerlərə yüksək məhsul ümidi verib.
Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, təxminən 6 milyon 400 min dekar sahədə dənli bitkilərin becərildiyi, mərciməyin 36%, buğdanın 10% , arpanın isə 11 %-i Şanlıurfada yetişdirilir.
2019-cu ildə 91 min ton, 2021-ci ildə 105 ton, 2022-ci ildə 144 min ton qırmızı mərcimək yığıldığı şəhərdə bu məhsulun əkin sahələrinin genişləndirilməsi ilə bu il təxminən 200 min ton məhsul gözlənilir.
Zəminə Hüseyn
Fins.az