Kənd təsərrüfatının intensiv inkişafı aqrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır.
Fins.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən sayca 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ("InterFood Azerbaijan") çıxış edərkən bildirib.
Nazir qeyd edib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi kənd təsərrüfatında da innovasiyaların və müasir texnologiyaların tətbiqi dövlət tərəfindən dəstəklənir:
“Aqrar sahələrdə innovasiyalardan istifadə günümüzün çağırışı olduğundan bu gün fəaliyyətə başlayan sərgi kənd təsərrüfatı məhsullarının istehsalçılarına bu innovativ yeniliklərlə əyani tanış olmağa imkan verir”.
Fuad Mədətov
Fins.az