AQRO

16 May

İmişlidə məhsul buraxılışı həcmi 6,3 faiz artıb

Bu ilin yanvar-mart aylarında İmişli rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi faktiki qiymətlərlə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz və ya 10 milyon 728,5 min manat artaraq, 181 milyon 133,7 min manat olub.

Rayon Statistika İdarəsindən Fins.az-a verilən məlumata görə, məhsul buraxılışında istehsalın xüsusi çəkisi 83,4 faiz, xidmət sahələrinin payı isə 16,6 faiz səviyyəsində olub. 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə istehsal sahəsində 5,0 faiz, xidmət sahəsində isə 13,1 faiz artım qeydə alınıb.

Bu dövrdə faktiki qiymətlərlə sənayedə 99 milyon 255,8 min manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 31 milyon 981,4 min manatlıq, tikintidə 19,0 milyon 843,6 min manatlıq, nəqliyyat və anbar təsərrüfatında 1 milyon 961,5 min manatlıq, informasiya və rabitədə 289,7 min manatlıq və ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 27 milyon 801,7 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.