AQRO

03 May

Göyçayda yaş barama istehsalının 10 tona çatdırılması nəzərdə tutulur

Baramaçılıq Göyçay rayonunda ənənəvi təsərrüfat sahələrindəndir. Barama yetişdirilməsi ilə əlaqədar göyçaylı kümçülərə 250 qutu (5000 qram) ipəkqurdu toxumu gətirilərək paylanılıb.

Fins.az xəbər verir ki, hazırda 87 kümçü tərəfindən ipəkqurdlarının bəslənməsi davam edir. Builki mövsümdə Göyçay rayonunda yaş barama istehsalının 10 tona çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən il 67 nəfər kümçü tərəfindən 180 qutu ipəkqurdu bəslənilib, 4537 kiloqram barama istehsal olunub.